Ankara və İrəvan arasında normallaşma prosesi hər hansı şərt irəli sürülmədən davam etdiriləcək

Ankara və İrəvan arasında normallaşma prosesi hər hansı şərt irəli sürülmədən davam etdiriləcək

Hazırda oxunan: Ankara və İrəvan arasında normallaşma prosesi hər hansı şərt irəli sürülmədən davam etdiriləcək

204305

İyulun 30-da Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan arasında beşinci görüş keçirilib.

Bizim.Meda xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 

Məlumata görə, görüş iki ölkənin ortaq sərhədindəki Alican-Marqara sərhəd-keçid məntəqəsində baş tutub. Görüşdə əvvəlki müzakirələr zamanı razılaşdırılmış məsələlər təsdiqini tapıb.


Nəticə etibarilə son məqsədi tam normallaşma olan bu prosesin heç bir ilkin şərt irəli sürülmədən davam etdirilməsinə dair razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO