Ermənistanda kriminal avtoritetin mühafizəçisi öldürüldü 

Ermənistanda kriminal avtoritetin mühafizəçisi öldürüldü 

Hazırda oxunan: Ermənistanda kriminal avtoritetin mühafizəçisi öldürüldü 

20135

Ermənistanın Armavir vilayətində baş verən atışma nəticəsində daha çox "Don Pipo" kimi tanınan kriminal avtoritet Artur Asatryanın mühafizəçisi öldürülüb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “shamshyan.com” saytı yayıb.

Mənbə yazır ki, bir gün əvvəl gecə saat 22.00-da Eçmiadzin şəhərinin polisi Vazgen Sarkisyan küçəsində bir atışma baş verdiyinə dair siqnal alıb.

Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfərin cəsədinin hadisə yerindən şəhər xəstəxanasına aparıldığını öyrəniblər. Yerdə 30 gilzəsi olan avtomat, 200 metr aralıda isə güllə izləri aşkar edilən “Hyundai Elantra” avtomobili tapılıb.

Şahidlər öldürülən şəxsin "Don Pipo”nun mühafizəçisi olduğunu söyləyiblər. Bu, Armavir vilayətinin Araks kəndinin 29 yaşlı sakini Razmik Sogoyandır.

Qeyd edək ki, “Don Pipo”nun özü hazırda istintaq altındadır. O, üç nəfərin oğurlanmasında, habelə qanunsuz silah əldə etmədə və saxlamada şübhəli bilinir. 

Kriminal avtoritet ötən ilin yayında tutulub, ancaq bir müddət sonra girov müqabilində sərbəst buraxılıb. Asatryan günahını boynuna almır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO