Azərbaycanın Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən Tavuş vilayətinin regional xilasetmə şöbəsi 5 may saat 14:00-da Berd icmasında “Əhalini xəbərdar etmək, evakuasiya, sığınacaq” adlı təlim keçirəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Armenpress" agentliyi Ermənistannın Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr və media şöbəsinə istinadən yayıb.
Mənbə bildirir ki, Berd icmasında həyəcan siqnalı işə salınacaq. Sakinlərdən bu barədə narahat olmamaları tövsiyə olunur.
Xatırladaq ki, 2-ci Qarabağ savaşından öncə də də ermənilər sərhəd zonasında belə təlimlər keçmişdilər. Nəticədə ötən il sentyabrın 27-də hücuma keçərək yeni ərazilər işğal etməyə cəhd göstərdilər.
Azərbaycan Ordusu isə əks-hücuma keçərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın böyük qismini geri qaytardı.
Ermənilər yenədəmi Azərbaycan ərazilərinə hücuma keçməyə hazırlaşırlar? Bu sualın cavabı isə yaxın vaxtlarda bəll olacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
13:53 / 04.05.2021
Tovuz rayonunun Ermənistanla sərhədində həyəcan siqnalı veriləcək – Ermənilər müharibəyə hazırlaşır?
Hazırda oxunan: Tovuz rayonunun Ermənistanla sərhədində həyəcan siqnalı veriləcək – Ermənilər müharibəyə hazırlaşır?
Hazırda oxunan: Tovuz rayonunun Ermənistanla sərhədində həyəcan siqnalı veriləcək – Ermənilər müharibəyə hazırlaşır?
20027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.