Mirzoyan: “Sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir”

Mirzoyan: “Sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir”

Hazırda oxunan: Mirzoyan: “Sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir”

199606

Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib.

Görüş Xorvatiyada keçirilən “Dubrovnik” forumu çərçivəsində baş tutub.

A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib.
Bundan əlavə, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının həyata keçirilməsinə yönəlmiş ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO