Arayik Arutyunyan şahid qismində dindirildi – Hələlik XANKƏNDİDƏ

Arayik Arutyunyan şahid qismində dindirildi – Hələlik XANKƏNDİDƏ

Hazırda oxunan: Arayik Arutyunyan şahid qismində dindirildi – Hələlik XANKƏNDİDƏ

19886

Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyan konstitusiya quruluşunun devrilməsi işində şahid qismində dindirilib. Bunu onun özü  “Facebook”da elan edib.

Bizim.Media xəbər verir ki, məlumatı “armeniasputnik.am” saytı yayıb. 

"Prokurorluğun müstəntiqləri tərəfindən Konstitusiya quruluşunun devrilməsi maddəsi ilə başlanan cinayət işində şahid qismində dindirildim. Bu işin əhəmiyyətini nəzərə alaraq qaldırılan suallarla bağlı bütün məlumatları çatdırdım  və müvafiq qaydada məhkəmə prosesində iştirak etməyə hazır olduğumu təsdiqlədim”, - deyə Arutyunyan yazıb.

Arutyunyan ictimai tələbin vacibliyini nəzərə alaraq 44 günlük müharibədə baş verən hadisələrin həqiqi gedişatını, səbəb və nəticələrini müəyyənləşdirmək üçün  yaxın gələcəkdə bəzu sualları cavablandıracağını əlavə edib.

Xatırladaq ki, Qarabağ prokurorluğu 2 mart tarixində konstitusiya quruluşunun devrilməsinə dair cinayət işi başladığını elan etmişdi.

İşə 12 dekabr 2020-ci il tarixdə qondarma rejimin Baş Prokurorluğuna bir sıra ictimai təşkilatlardan cinayətin törədilməsi ilə bağlı məsələ daxil olduqdan sonra başlanılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan və digər şəxslər (David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan) Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.

Yəqin nə vaxtsa o, Bakıya gətirilib dindiriləcək və Azərbaycan xalqına qarşı etdiyi cinayət əməllərinə görə dəmir barmaqlılar arasına göndəriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO