Ermənistan Baş naziri Nikol Paşinyan Parlamentdə keçirilən və gərgin keçən iclasdan sonra dərhal hökumət binasını tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər “Telegram” kanallarında yayılıb.
Görüntülərə əsasən Paşinyandan sonra da ölkənin xarici işlər naziri Ararat Mirzoyan da tələsik avtomobilinə minərək Ermənistan parlamentinin binasını tərk edib.
Qeyd edək ki, hazırda Parlament binası qarşısında etiraz aksiyası davam edir. Polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Polis etirazçılara qarşı səs bombalarından istifadə edib.
Bizim.Media