Paşinyan PEŞMAN OLDU: “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımamalıydım, uğursuz liderəm”

Paşinyan PEŞMAN OLDU: “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımamalıydım, uğursuz liderəm”

Hazırda oxunan: Paşinyan PEŞMAN OLDU: “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımamalıydım, uğursuz liderəm”

197002

“Qarabağla bağlı ən böyük problem ondan ibarətdir ki, 2018-ci ilin aprelində artıq vəziyyət elə yerə gəlib çıxmışdı ki, bunun nəticəsində biz istər-istəməz ya güzəştə getməli, ya da müharibə etməli idik”.

Bizim.Media xəbır verir ki, bunu bu gün Ermənistan Milli Assambleyasında çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib. 

“Həmin vaxt mən özümə sual verdim ki, yaxşı, güzəştə getsək, bu güzəşt prosesi harada dayanacaq? Həmin suala o vaxt cavab tapa bilmədim.

Amma indi mənə bu sual verilsə, cavab verərəm ki, “hazırda Ermənistanın 29 min 743 kvadrat kilometr ərazisi var”, - deyə Paşinyan qeyd edib.

Erməni nazirin fikrincə, o zaman bunu qəbul edib, bağlı qapılar arxasında keçirilən danışıqlar zamanı “Qarabağ Azərbaycanın tərkibində muxtariyyət kimi tanınmalı və  təkcə ermənilərin deyil, həm də azərbaycanlıların ərazisi olmalıdır” qərarını verməli imiş:
“Güzəştlərimizin sərhədi 29,743 kvadrat kilometr olmalıdır və başa düşürəm ki, o zaman belə bir şey deməyə cəsarət edə bilməzdim. Etiraf edirəm ki, bu uğursuzluq mənim ən böyük səhvimdir. Hər bir dövlət lideri isə səhvini başa düşməli və məsuliyyəti öz üzərinə götürməlidir. Mən bu gün bu addımı atıb, məsuliyyətimi qəbullanıram. Əgər bunu bu gün etməsəm, heç kim mənim yerimə bunu edəsi deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO