Bu gün səhər saatlarında başlayaraq İrəvana gedən avtomobillərə nəzarət gücləndirilib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "Sputnik" agentliyi yayıb.
Mənbə yazır ki, sürücülərdən baqajı açmaq tələb olunur. Həmçinin avtomobildə olan şəxslərin də sənədləri ciddi yoxlanılır.
Ermənistan Daxili İşlər Nazirliyi polisin Ararat və Vayots Dzor bölgələrində gücləndirilmiş xidmət göstərdiyini təsdiqləyib.
Təkcə İrəvan istiqamətində deyil, Zəngəzur (Sünik) istiqamətində hərəkət edənlər avtomobillər də yoxlanılır.
Bizim.Media