"Moskva Rusiya-Azərbaycan-İran qarşılıqlı fəaliyyət formatını perspektivli hesab edir. Təəssüf ki, İranın prezidenti və Xarici İşlər Nazirliyinin rəhbəri faciəvi şəkildə həlak oldular, lakin biz inanırıq ki, iranlı dostlarımız davamlılığı qoruyacaqlar".
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan biznes dialoqunda çıxışı zamanı deyib.
Nazir müavini etiraf edib ki, İranda müəyyən yenidənqurmadan sonra bu format daha da inkişaf edəcək və ola bilsin ki, üçtərəfli Rusiya-Azərbaycan-İran sammitinə gətirib çıxaracaq.
Bizim.Media