Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhə diqqət yetirir - Coşua Hak

Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhə diqqət yetirir - Coşua Hak

Hazırda oxunan: Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhə diqqət yetirir - Coşua Hak

194829

Otuz iki il ərzində ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq əlaqələri qurulub və bu tərəfdaşlıq dostluğa, ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanır.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisinin müavini Coşua Hak Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycanla ABŞ terrorla, zorakı ekstremizmlə mübarizə sahəsində birlikdə hərəkət edib, Azərbaycan qazının və neftinin Qərb bazarına çıxarılması istiqamətində birlikdə çalışıb.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Dövlət katibi Antoni Blinken bu əlaqələri qurmaq və inkişaf etdirmək, həmçinin Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülhə nail olmaq səylərinə şəxsən xüsusi diqqət yetirir: “Bu günlərə bu istiqamətdə müsbət irəliləyişlər baş verir. Düşünürəm ki, tezliklə bu proses daha da irəliləyəcək. ABŞ bu istiqamətdə hər zaman dəstək göstərməyə hazırdır”.

O, Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO