Krımdakı şəhərləri ermənilər tikib? - “RİA Novosti” agentliyi özünü biabır etdi

Krımdakı şəhərləri ermənilər tikib? - “RİA Novosti” agentliyi özünü biabır etdi

Hazırda oxunan: Krımdakı şəhərləri ermənilər tikib? - “RİA Novosti” agentliyi özünü biabır etdi

19373

İlk dəfə ermənilər Krım yarımadasında təxminən iki min il əvvəl meydana çıxıblar. O vaxtdan bəri burada erməni icması mövcud olub. Şəhərlər tikiblər, milli kaloritlərini Krım sənətkarlığına və mədəniyyətinə gətiriblər.

Bizim.Media xəbər verir ki, gülüş doğuran bu sətirlər “armeniasputnik.am” saytında yer alıb.

Moskvanın internet layihəsi kimi tanınan bu media resursu “RİA Novosti” agentliyinin Krım üzrə nümayəndəliyinə istinadən guya tarixi faktları üzə çıxarıb. Əslində isə hər iki sayt özlərini tarixçilər qarşısında biabır edib.

3 bölümdən ibarət olan böyük məqalədə ermənilərin guya inşa etdiyi Armyansk şəhəri, Krımda fəaliyyət göstərən erməni kilsələri haqda söz açılır.

Yarımadada yaşayan tanınmış ermənilərə də yazıda geniş yer verilib.

Məqalədəki bəzi məqamları diqqətinizə çatdırırıq:
 

“988-ci ildə Xersonesdə Şahzadə Vladimir Bizans imperatoru Vasilinin bacısı, əslən erməni olan II Anna ilə evlənib. Onunla birlikdə xeyli sayda erməni Krımdan Kiyevə köçüb. Ermənilər əvvəlcə slavyanların Şərq torpaqlarına, daha sonra Qərbinə köç ediblər.


Ancaq Krımın özündə, xüsusilə cənub-şərqdə ermənilər yaşamaq üçün qalıblar, gözəl ibadətgahlar tikiblər, inşaat, bağçılıq, maldarlıq, əl işləri, zərgərlik və ticarətlə məşğul olublar. 

XV əsrdə yüz min əhalisi olan Kafe (müasir Feodosiya) şəhərində əhalinin üçdə ikisi ermənilər olub. Yalnız bu şəhərdə 45-ə qədər erməni kilsəsi və monastırı fəaliyyət göstərib. Ermənilərin xeyli hissəsi Sudak, Karasubazar (Belogorsk), Baxçisaray, Çembala qalası (Balaklava) yaxınlığında yaşayıblar.

Krımdakı erməni koloniyaları o qədər böyük olub ki, genuyalılar Krımın cənub-şərq hissəsini "Dəniz Ermənistanı" adlandırıblar.

1475-ci ildə Türklərin Krım yarımadasını fəth etməsindən və Feodoro knyazlığının son qalası Bizansın süqutundan sonra, erməni əhalisi kəskin şəkildə azalıb, lakin əksəriyyəti Krımdan qaçsa da tamamilə yox olmayıb. Əsasən Kamenets, Lvov və eyni zamanda Moldovaya köçüblər.

Krımın Rusiyaya birləşdirilməsindən sonra Osmanlı İmperiyasındakı ermənilər tədricən Tavridaya gəlməyə başlayıblar. Hökumət onların Krımda yaşamaq hüquqlarını tanıyıb və bir sıra imtiyazlar verib.
 

Tavridada erməni varlığının canlanması başlayıb. 1897-ci ildə Krımda 9 min, 1914-cü ildə təxminən 15 min erməni olub. Bu böyümə Osmanlı İmperiyasından  ermənilərin Krıma köç etməsi ilə izah olunur”.


Haşiyə: Krımdakı yer adlarının türk toponimli olması və yazıda bir daha vurğulanması ermənilərin və onların havadarlarının necə rəzil və yalançı olduğunu bir daha sübut edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO