İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif respublikanın xarici siyasəti ilə bağlı apardığı danışıqların mediada sızması ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün parlamentə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Abolfazl Amuyi “Tasnim” agentliyinə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Cavad Zərifin səs yazısı yayıldı – Qasım Süleymani haqqında ŞOK ifadələr
Zərifə yazılan məktubda audio faylla bağlı vəziyyəti izah etmək üçün komitənin növbəti iclasına qatılması istənilib.
“Russian.rt.com” saytı yazır ki, aprelin 27-də İran Xarici İşlər Nazirliyində Cavad Zərifin Rusiya ilə nüvə razılaşması mövzusunda danışıqların bir sıra KİV-lər tərəfindən yayımlanması məsələsi müzakirə edilib.
Söhbətdə Zərif general Süleymaninin ölkənin xarici siyasətində və Moskva ilə danışıqlarda mühüm rol oynadığını müdafiə edib.
Daha sonra nazir deyib ki, bu səs yazısı daxili konfliktə səbəb olub.
Bizim.Media