Tbilisidə etirazlar səngimir, polis əraziyə səfərbər olunub - VİDEO 

Tbilisidə etirazlar səngimir, polis əraziyə səfərbər olunub - VİDEO 

Hazırda oxunan: Tbilisidə etirazlar səngimir, polis əraziyə səfərbər olunub - VİDEO 

192074

Gürcüstanın paytaxtı Tbilisidə hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası zorakılıq xarakteri alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, etirazçılar parlament binasının yaxınlığında yerləşən qoruyucu bəndi zədələyiblər.

Gürcüstan DİN səsgücləndiricilər vasitəsilə toplaşanlardan parlamentin yaxınlığındakı ərazini tərk etməyi tələb edir: “Əks halda xüsusi texnika və su şırnaqlarından istifadə olunacaq".

Qeyd edilib ki, hazırda həm xüsusi təyinatlılar, həm də Daxili İşlər Nazirliyinin digər bölmələri Rustaveli prospektinin bütün perimetrində, yəni Çiçinadze, Çitadze küçələrində səfərbər olunublar.


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO