Zəngəzurda yeni strateji mövqelərin Azərbaycana verilməsi iddiasına İRƏVANDAN CAVAB

Zəngəzurda yeni strateji mövqelərin Azərbaycana verilməsi iddiasına İRƏVANDAN CAVAB

Hazırda oxunan: Zəngəzurda yeni strateji mövqelərin Azərbaycana verilməsi iddiasına İRƏVANDAN CAVAB

19088

Xəbər verdiyimiz kimi, Ermənistandan deportasiya olunan Qazaxıstan vətəndaşı, “Orbeli” mərkəzinin keçmiş mütəxəssisi Andranik Ovannisyan Telegram kanalında Zəngəzur mahalında yeni strateji mövqelərin Azərbaycana verildiyi barədə informasiya yaymışdı.
Ermənistan Müdafiə Nazirliyinin bu iddialara münasibəti çox gecikməyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı nazirliyin mətbuat xidmətinə istinadən yayıb.

Mənbə Ermənistanın heç bir mövqeyi Azərbaycan tərəfinə təhvil vermədiyini yazıb və əlavə edib ki, hazırda Ermənistan Silahlı Qüvvələri bütün sərhəd boyu öz mövqelərindədir və verilən tapşırıqları tam yerinə yetirirlər.

"Son saatlarda sosial şəbəkələrdə Ermənistanın hazırkı hakimiyyət orqanlarının əmri ilə Ermənistan Respublikasının cənub-şərqində (Sünikdə) erməni tərəfi birtərəfli qaydada strateji mövqeləri Azərbaycan təslim edir" bağlıqlı video yayımlanıb. Verilən məlumatlar yalandır.

Təəssüf hissi ilə bildiririk ki, ölkənin silahlı qüvvələri haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması adi hala çevrilib və bu, ciddi narahatlığa səbəb olur. Medianı belə feyk məlumatlar yaymamağa və müharibədən sonrakı dövrdə mürəkkəb problemləri həll edən silahlı qüvvələrin nüfuzuna zərbə vuran hərəkətlərdən çəkinməyə çağırırıq” deyə bəyanayda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO