Erməni tarixçisi:

Erməni tarixçisi: "Qərbi Ermənistan" İŞİD ilə birdir - VİDEO

Hazırda oxunan: Erməni tarixçisi: "Qərbi Ermənistan" İŞİD ilə birdir - VİDEO

18929

Erməni Milli-Mədəni Muxtariyyətinin Sankt-Peterburqdakı nümayəndəsi Vahan Babaxanyan növbəti dəfə ermənilərə xas olan açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, o, açıqlamasında İŞİD terror təşkilatı ilə uydurma “Qərbi Ermənistan” dövlətini bir tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Ermənistan müdafiə nazirləri sülhməramlılarla bağlı danışıqlar apardı - SON DƏQİQƏ


“Qərbi Ermənistan dövləti mövcuddur. İndi 21-ci əsrdir. Məsələn İŞİD dünyada qadağan olunmuş terrorçu təşkilat kimi tanınır. Lakin pis yaxşı o dövlətdir. Düzdür, mən onu Qərbi Ermənistanla müqayisə etmirəm, ancaq o da Qərbi Ermənistan dövləti kimi mövcud olan bir dövlətdir”.

Bununla, V.Babaxanyan öz sözləri ilə İŞİD-i bir dövlət kimi tanıdığını, hətta ona dəstəyini də nümayiş etdirib.

O, dediyi sözlərlə ermənilər üçün dövlətin terror təşkilatı olub-olmamasının fərqinin olmadığını da təsdiqləyib. Onun sözlərinə görə ermənilər üçün təkcə var olmağın önəmi var. Çünki, ermənilərin genetikasına görə,  yerləşdirildikləri, yaşadıqları yerlər onlar üçün bir dövlətdir. Tarix boyu güclə müxtəlif dövlətlərin ərazisinə yerləşdirilən ermənilər, hər yeri Ermənistanın torpağı görmək kimi bir xəstəliklərinin olduğunu da boyunlarına alırlar. 

Xatırladaq ki, Babaxanyanın vurğuladığı ərazi Qara dəniz daxil olmaqla Türkiyə sərhədləri daxilində olan Ermənilərin XVII əsrin əvvələrində Anadolunun şərqindəki məskunlaşdıqları yerdir.

Erməni xülyalarına görə, orada “Qərbi Ermənistan” sayılan dövlətləri mövcud olub. Bu uydurma əsasla onlar hətta Ağrı dağını da öz qerblərində təsvir ediblər.

Vüsalə Balayeva, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO