Rusiyalı nazir müavininin cinayət işində erməni milyarderin ADI HALLANIR - DETALLAR

Rusiyalı nazir müavininin cinayət işində erməni milyarderin ADI HALLANIR - DETALLAR

Hazırda oxunan: Rusiyalı nazir müavininin cinayət işində erməni milyarderin ADI HALLANIR - DETALLAR

188894

Külli miqdarda rüşvətə görə həbs edilən Rusiya müdafiə nazirinin müavini Timur İvanovun cinayət işində erməni milyarderin adı hallanır.

Bizim.Media xəbər verir ki, "Dosye" mərkəzinin məlumatına görə, milyarder Aleksandr Ter-Avanesov nazir müavininin yaxın adamıdır.

Mənbə yazır ki, o, həm də İvanovun “cüzdanı”dır.

İvanovla qalmaqaldan sonra Ter-Avanesov cinayət işində adının qeyd edilməməsi üçün səylərini və pullarını əsirgəmir.

Xatırladaq ki, 2019-cu ildə Ter-Avanesova qarşı 6,5 milyard rubl borcuna görə icra prosesləri aparılıb, məhkəmə icraçıları isə müsadirə etməyə yararlı heç bir əmlak tapmayıblar. 

Baxmayaraq ki, Ter-Avanesovun həyat yoldaşı üçün dörd otaqlı mənzil qeydiyyata alınıb.

Qohumlarının adına olan mənzil isə "Şuvalovski" yaşayış kompleksində olub. Qayınanasının adına da "Bentley" avtomobili var.

Timur İvanova qarşı açılan cinayət işi və Ter-Avanesovla aparılan proseslər çox güman ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Rusiyanın “İsgəndər” raket komplekslərini necə əldə etdiyinə aydınlıq gətiriləcək.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO