“Qeyd etmək lazımdır ki, Ermənistan Rusiyanın ölkəmizdəki ruhi xəstəliyindən və agent şəbəkəsinin tərkib hissəsindən hələ də azad olmayıb. Agent şəbəkəsi ilə yanaşı, aramızda erməni olmayan, siyasi kimlik etibarilə rus olan bir toplum da var”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Xristian Demokrat Partiyasının sədr müavini Ayk Sukiasyan erməni KİV-ləri ilə söhbətində Tovuzqalada (Tavuş) baş verənləri şərh edərkən deyib.
“Xalqımızın ruhunu “diriltməyə”, xalqımızın ümidlərini pozmağa qərar verən Apostol Kilsəsinin müəyyən aparıcı hissəsinin Tavuşda Rusiya KQB agent şəbəkəsinin işini həyata keçirməsi təəssüf doğurur. İndi onlar nə edirlər? Xalq arasında iğtişaşlar törədirlər. Bu, yəqin ki, onların son şansı, son nəfəsidir.
Azərbaycan işğalda olan 4 kəndinin geri qaytarılmasını tələb edən zaman onlar Ermənistanı müharibəyə təhrik edirdilər. Amma bu istəkləri alınmadı. İndi isə Ermənistanın demarkasiyaya getməməsi üçün bu prosesi korlamaq istəyirlər. Yenə də məqsəd Azərbaycanı müharibəyə təhrik etməkdir. Bu, onların əsas planıdır.
Onların etdiklərinin rəsmi İrəvanın və erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur.
Xalqımızın bir hissəsinin emosionallığından istifadə edərək vəziyyəti gərginləşdirməyə başlayırlar. Dövlətdən tələb edirəm ki, onlara nəzarət etsin. Çünki onlar xalqımızın bədənində bir xərçəngdir, Rusiyanın beşinci kolonudur.
Düzdür, insanlar şikayət edə, hansısa mövqe ilə razılaşmaya bilərlər. Bu insanlar isə ölkəni müharibəyə sürükləmək üçün şikayət edirlər”, - deyə Ayk Sukiasyan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:35 / 22.04.2024
Tavuşdakı etirazın rəsmi İrəvanın maraqları ilə heç bir əlaqəsi yoxdur - Erməni politoloq
Hazırda oxunan: Tavuşdakı etirazın rəsmi İrəvanın maraqları ilə heç bir əlaqəsi yoxdur - Erməni politoloq
Hazırda oxunan: Tavuşdakı etirazın rəsmi İrəvanın maraqları ilə heç bir əlaqəsi yoxdur - Erməni politoloq
188348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.