Mirzoyandan ikiüzlü AÇIQLAMA: “Azərbaycanla sülh bağlamaq üçün tarixi imkan var”

Mirzoyandan ikiüzlü AÇIQLAMA: “Azərbaycanla sülh bağlamaq üçün tarixi imkan var”

Hazırda oxunan: Mirzoyandan ikiüzlü AÇIQLAMA: “Azərbaycanla sülh bağlamaq üçün tarixi imkan var”

186037

Azərbaycanla sülh bağlamaq üçün tarixi imkan var, lakin iki məsələdə tərəflərin fikirləri fərqlidir.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Ermənistan Respublikası sülh gündəliyinə sadiqdir və danışıqlar zamanı bütün məsələlərə konstruktiv yanaşır. Sülh müqaviləsinin bağlanması ətrafında aparılan danışıqlarda  biz artıq bir sıra razılaşmalar əldə etmişik. Ancaq təəssüf ki, tərəflərin baxışlarının hələ də bir-birindən uzaq olduğu iki əsas məsələ var. 

Birinci məsələ ərazi bütövlüyünün qarşılıqlı tanınması və demarkasiya prosesinə, ikincisi infrastrukturların blokadadan çıxarılmasına aiddir”, deyə o, qeyd edib.

Xatırladaq ki, rəsmi İrəvanın dedikləri ilə əməlləri üst-üstə düşmür. Belə ki, son günlər Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribat xarakterli militarist kursunu davam etdirir, silahlı qüvvələrini şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir və mövqelərimizi atəşə tutur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO