Rusiya Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.
Bizim.Media “cumhuriyet”ə istinadla xəbər verir ki, Rusiya tranziti yavaşlatdığından 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini dilə gətiriblər.
MÖVZU İLƏ BAĞLI:
İrana keçmək istəyən yüzlərlə Rusiya TIR-ları 30 km məsafədə tıxac yaradıb - VİDEO
Bildirilib ki, 4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir.
Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.
Bizim.Media