Moskva meri şəhərdə koronavirus ilə bağlı vəziyyətin pisləşdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Moskva meri Sergey Sobyanin Rusiya paytaxtında son 2-3 həftə ərzində koronavirusun yayılması ilə əlaqədar vəziyyətin pisləşdiyini etiraf edib. O şəhərin yaşlı əhalisinin peyvənd edilməyə stimullaşdırmaq təklifini bəyənib.
Belə ki, Moskva Ticarət-Sənaye Palatası yaşlı əhalinin mağazalarda və digər müəssisələrdə endirimlər təklif etməklə peyvəndə cəlb olunmasını məqsədəuyğun sayıb.
Moskva Rusiyada koronavirusa yoluxma sayına görə birinci yerdədir. Aprelin 20-nə olan məlumata görə, gündəlik yoluxma 1996 nəfər təşkil edib. Ümumilikdə, paytaxtda 1 milyon 68 min 42 COVID-19 xəstəsi aşkar olunub, onlardan 974 min 229 nəfər sağalıb, 17 min 754 xəstə vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:06 / 21.04.2021
“Şəhərdə koronavirus ilə bağlı vəziyyət pisləşib” - Moskva meri
Hazırda oxunan: “Şəhərdə koronavirus ilə bağlı vəziyyət pisləşib” - Moskva meri
Hazırda oxunan: “Şəhərdə koronavirus ilə bağlı vəziyyət pisləşib” - Moskva meri
18547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.