Parisdə Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında həddən artıq “mehriban” və hətta üstüörtülü görüş keçirilib.
Bizim.Media "Bakinskiy Burila" Telegram kanalına istinadən xəbər verir ki, görüşdən sonra Fransa müdafiə nazirinin yaxın vaxtlarda böyük bir nümayəndə heyəti ilə Ermənistana səfər edəcəyi informasiyası tirajlanıb.
Sebastyan Lekornu buna belə reaksiya verib: "Tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir".
O, qeyd edib ki, Fransa İrəvana kömək etmək və onun müdafiə potensialını artırmaq üçün məsuliyyət daşıyır: xüsusilə, söhbət "quru-hava" tipli müdafiədən və zirehli texnikadan gedir.
Fransanın aparıcı KİV-ləri isə "iki liderin" görüşü ilə bağlı materialları Makronun Paşinyanın başı üzərində çətir tutduğu foto ilə yerləşdirib.
Ancaq Cənubi Qafqazda gedən siyasi və hərbi proseslərdən bəlli olur ki, Makron öz çətiri ilə Paşinyanı uçuruma sürükləyir.
Çünki Ermənistana göndərilən bütün paslı "konserv qutuları" üfüqdə görünməyən, ancaq Parisin arzu etdiyi müharibədə heç nəyə yaramayacaq.
Rəsmi Bakı dəfələrlə İrəvana bəyan edib ki, istənilən revanşist ideyalara və Azərbaycanın ərazi bütövlüyünə qarşı cəhdlərinə görə Ermənistana layiqli cavab veriləcək.
Deməli Paşinyan öz ağalarının çətiri altından çıxıb bir az ölkəsi haqda düşünsə, Ermənistanın dünya xəritəsində qalma şansı artar.
Bizim.Media
- A-
- A
- A+
Region
13:30 / 22.02.2024
Makronun çətiri Paşinyanı uçuruma SÜRÜKLƏYİR
Hazırda oxunan: Makronun çətiri Paşinyanı uçuruma SÜRÜKLƏYİR
Hazırda oxunan: Makronun çətiri Paşinyanı uçuruma SÜRÜKLƏYİR
179357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.