Ermənistan MN: Azərbaycanla sərhəddəki insident araşdırılır, məsuliyyət daşıyanlar cəzalandırılacaq

Ermənistan MN: Azərbaycanla sərhəddəki insident araşdırılır, məsuliyyət daşıyanlar cəzalandırılacaq

Hazırda oxunan: Ermənistan MN: Azərbaycanla sərhəddəki insident araşdırılır, məsuliyyət daşıyanlar cəzalandırılacaq

177832

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılması faktı ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda bildirilib ki, Ermənistanın hərbi polisi tərəfindən baş vermiş insidentlə bağlı araşdırma başladılıb.

“Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, bu gün saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Hərbi qulluqçumuz  helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO