Ermənistanda İQTİDAR SAVAŞI – Qriqoryan Paşinyanı ƏVƏZ EDƏCƏK?

Ermənistanda İQTİDAR SAVAŞI – Qriqoryan Paşinyanı ƏVƏZ EDƏCƏK?

Hazırda oxunan: Ermənistanda İQTİDAR SAVAŞI – Qriqoryan Paşinyanı ƏVƏZ EDƏCƏK?

175959

Qərb deyəsən Ermənistanda baş nazir Paşinyanı Təhlükəsizlik Şurasının katibi Qriqoryanla əvəzləmək istəyir. Ən azından erməni mətbuatı belə qənaətə gəlib. Erməni nəşri “Hraparak” iddia edir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hakim “Mülki Müqavilə” partiyasının üzvləri ilə münasibətləri “güclü inamsızlıq zonasına keçib.

Nəşr iddia edir ki, baş nazir Paşinyanın rəhbərlik etdiyi siyasi düşərgədə Qriqoryan hansısa məqamda komandadan ayrılaraq “önə keçdiyi üçün” Nikolun daha öz qərbyönlü silahdaşına qarşı isti münasibəti yoxdur və hətta “artıq hamı Qriqoryanın Qərb tərəfindən seçilmiş və Paşinyanın varisi qismində görməkdədir”.

Paşinyan iqtidarını Qriqoryana təhvil verir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Qriqoryanın şansları olduqca minimaldır:

“O, iqtidara gələ bilər, amma heç nə edə bilməyəcək. Çünki perspektivi yoxdur. Gələn kimi də, yola salacaqlar. Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın əlindədir. Onlar Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasına imkan verməyəcək. Qriqoryanın dövlət təcrübəsi sıfır səviyyəsindədir, bu baxımdan bacarıqsızdır”.

Həmsöhbətimiz qeyd edir ki, Rusiya Qriqoryan amilinin önə çıxmasına imkan verməyəcək:

“Qriqoryan amerikapərəstdir. ABŞ-da təhsil alıb və bu ölkə dairələrilə sıx əlaqələri var. Adətən rəhbərlikdə boşluqlar olanda, birinci şəxs zəiflik nümayiş etdirəndə ətrafındakı təfriqəçi qüvvələr də fəallaşır.

Paşinyan qərbpərəst mövqe sərgiləsə də, onun əsl niyyəti Rusiyadan bərk yapışmaqla hakimiyyətinə toxunulmayacağı zəmanətini almaqdan ibarətdir. Yəni o, zahirən özünü Rusiya əleyhinə çıxan kimi göstərsə də, əslində Kremli qane edən siyasətçidir. Bunu anlayan Qriqoryan da Qərbin diqtəsilə fəallaşır.

Amma Qriqoryanın Paşinyanın yerini tutması Ermənistan üçün böyük faciə demək olacaq. Çünki istəsələr, istəməsələr də, Rusiya Ermənistandan getməyəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO