Rusiyalı səfirdən erməniləri məyus edən xəbər:

Rusiyalı səfirdən erməniləri məyus edən xəbər: "Gümrüdəki hərbi baza bağlanmayacaq"

Hazırda oxunan: Rusiyalı səfirdən erməniləri məyus edən xəbər: "Gümrüdəki hərbi baza bağlanmayacaq"

174109

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazasının bağlanması məsələsi gündəmdə deyil.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Rusiya mətbuatına müsahibəsində Ermənistan hakimiyyətindən hərbi bazanın bağlanması ilə bağlı siqnalların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən bazanın çıxarılmaması ilə bağlı Ermənistanın verdiyi rəsmi bəyanatlara istinad edirəm”, - deyə Kopırkin qeyd edib.
Onun sözlərinə görə, belə siqnallar Moskva tərəfindən də eşidilməyib.

Yanvarın 10-da TASS mənbəyə istinadən yazıb ki, Almaniya Ermənistana rus sərhədçilərinin ölkə ərazisindən çıxarılması və Rusiyaya qarşı digər addımlar üçün maliyyə yardımı təklif edib. 

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi Ermənistandakı hərbi baza ilə bağlı hər hansı müzakirələri yersiz adlandırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO