Moskvadan küskün qayıdan Paşinyan Arutyunyanı Qarabağdan yanına çağırdı – DƏRDİNİ DANIŞDI

Moskvadan küskün qayıdan Paşinyan Arutyunyanı Qarabağdan yanına çağırdı – DƏRDİNİ DANIŞDI

Hazırda oxunan: Moskvadan küskün qayıdan Paşinyan Arutyunyanı Qarabağdan yanına çağırdı – DƏRDİNİ DANIŞDI

17237

Moskvadan küskün qayıdan Baş nazir Nikol Paşinyan Qarabağda kök salan qondarma rejimin “başçısı” Arayik Arutyunyanı İrəvana yanına çağırıb.  

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “news.am” saytı Baş nazirin mətbuat xidmətinə istinadən yayıb.

Paşinyan görüşdə 44 günlük müharibənin bitməsindən bəri geniş miqyaslı proqramların həyata keçirildiyini bildirib.

O, Arutyunyana Moskva səfərinin nəticələri, Qarabağ problemi ilə bağlı müzakirələr barədə də məlumat verib.

Arayik Arutyunyan vurğulayıb ki, müharibənin dayandırılmasında və sonrakı dövrdə sülhün qorunmasında Rusiya prezidentinin rolu əvəzsizdir.

Paşinyan bəyan edib ki, rus sülhməramlıları təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas amildir. Qeyd edək ki, Paşinyanın Putinlə görüşündə bir çox maraqlı məqam yaşanıb.

O, çıxışı zamanı 10 dəfə “şpaqalkaya” baxıb, Putin isə ona “Vladimiroviç” deyib.

Bağ nazir Moskvada yaşayan erməni vəkillərlə görüşündə isə çıxılmaz vəziyyətə düşüb və bu olay Ermənistan mediasında lağa qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO