Vaqif Xaçatryan bəraət istəyir - Apellyasiya şikayəti verib

Vaqif Xaçatryan bəraət istəyir - Apellyasiya şikayəti verib

Hazırda oxunan: Vaqif Xaçatryan bəraət istəyir - Apellyasiya şikayəti verib

172332

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vaqif Xaçatryan ifadə verib.

O bildirib ki, barəsində olan hökmdən apellyasiya şikayətini həm özü, həm də müdafiəçisi Radmila Abılova verib:

"Vicdanıma and olsun ki, günahsızam. Məndən şikayətçi olanların heç birini tanımıram. İttiham aktında qeyd olunur ki, mən silah əlimə alıb camaatı öldürmüşəm. Mən nə orda olmuşam, nə də kimisə görmüşəm ".
V.Xaçatryanın vəkili Radmila Abılova isə çıxışı zamanı məhkəmədən müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov, eləcə də dövlət ittihamçısı şikayətinin təmin olunmamasını istəyib.

Növbəti məhkəmə prosesi yanvarın 15-nə təyin edilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO