Putin azərbaycanlı həkimi TƏLTİF EDİB – FOTO 

Putin azərbaycanlı həkimi TƏLTİF EDİB – FOTO 

Hazırda oxunan: Putin azərbaycanlı həkimi TƏLTİF EDİB – FOTO 

172038

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub. 

Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib. 

Ruslan Bayramov həkim ailəsində dünyaya göz açıb. Onun babası Əmir Bayramov Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli diyarının Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Əlli ilə yaxın Moskvadakı N.V.Sklifosovski adına Təcili Tibbi Yardım ETİ-də cərrah kimi çalışıb. Sonralar onu oğlu Şamil Bayramov əvəz edib. O da həmin institutda 30 il xəstələrə xidmət göstərib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO