İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda ardıcıl 2 dəfə partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri İrana məxsus Telegram kanalları yayıb.
Mənbə partlayışın hansı səbəbdən baş verdiyini açıqlamır. Partlayış nəticəsində ən azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Qeyd edək ki, insanlar general Qasım Süleymaninin ildönümü ilə əlaqədar yürüşdə iştirak ediblər.
Xatırladaq ki, Süleymani 2020-ci il yanvarın 3-də ABŞ-ın endirdiyi zərbə nəticəsində öldürülüb.
Bizim.Media