İrəvanda polis 15 qadını nəzarətə götürdü - Aralarında hərbçilərin yaxınları da var 

İrəvanda polis 15 qadını nəzarətə götürdü - Aralarında hərbçilərin yaxınları da var 

Hazırda oxunan: İrəvanda polis 15 qadını nəzarətə götürdü - Aralarında hərbçilərin yaxınları da var 

17113

“Sputnik Ermənistan” nəşrinə polisin mətbuat xidmətindən bildirilib ki, etiraz mitinqinin keçirildiyi Respublika Meydanında 15 nəfər hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınıb.

Bizim.Media xəbər verir ki, bu gün əksəriyyəti VETO hərəkatının üzvləri olan bir neçə qadın yürüş və etiraz aksiyası keçirərək Baş nazir Nikol Paşinyan və komandasının istefasını tələb edib.

Hökumət binasının qarşısında qadınlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dava olub. Polis bir neçə nümayişçini tutaraq hərəkətə keçib.

Etirazçılardan biri, VETO hərəkatının üzvü Aleksandra Arutyunyan toqquşma nəticəsində yaralanıb. Onun da polisə aparıldığı deyilir.

Həbs olunan qadınlar arasında 44 günlük Qarabağ müharibəsində həlak olan kapitan İşxan Petrosyanın qızının da olduğu bəlli olub.

Kəlbəcərin Ömər aşırımında ölən əsgər Gevork Virabyanın bacısı Tatevik Virabyan da nəzarətə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO