"Qazaxdan İcevana dəmir yolunu bərpa etməyə hazırıq" - Paşinyan

Hazırda oxunan: "Qazaxdan İcevana dəmir yolunu bərpa etməyə hazırıq" - Paşinyan

168953

"Ermənistan Azərbaycanla əvvəllər mövcud olan marşrutlar üzrə dəmir yolu əlaqəsini bərpa etməyə hazırdır".

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Birincisi, Azərbaycanın Qazax şəhərini Ermənistanın İcevan şəhərilə birləşdirən şimal marşrutudur. İkincisi isə Azərbaycanın qərb rayonlarını  Naxçıvanla birləşdirən cənub marşrutudur”, - deyə o, qeyd edib. 

Paşinyan bildirib ki, 30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır:

"Bu gün isə biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə danışırıq. Bunun üçün təsirli və konkret addımlar atmağa hazırıq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO