Ermənistanda hərbçilərin əlbəyaxa davası ilə bağlı TƏFƏRRÜAT

Ermənistanda hərbçilərin əlbəyaxa davası ilə bağlı TƏFƏRRÜAT

Hazırda oxunan: Ermənistanda hərbçilərin əlbəyaxa davası ilə bağlı TƏFƏRRÜAT

168785

Xəbər verdiyimiz kimi, Ermənistanda hərbçilərlə mülki şəxslər arasında əlbəyaxa dava olub. Nəticədə bir hərbçi zabit öldürülüb.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı bəzi təfərrrüatlar ortaya çıxıb.

Mənbə yazır ki, hadisə İrəvandakı Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında baş verib. Müdafiə Nazirliyinin 5 zabiti ilə 3 nəfər mülki şəxs arasında mübahisə olub. Sonra isə hərbçilərlə mülki şəxslər dava ediblər.
Mübahisəyə mülki şəxsin hərbiçilərə olan pul borcunu qaytarmamasının səbəb olduğu bildirilir. Həmin şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib.

Bundan sonra bıçaqla baş leytenant Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncu xəstəxanada ölüb.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO