Paşinyan Tokayevi Ermənistana səfərə dəvət etdi

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət etdi

Hazırda oxunan: Paşinyan Tokayevi Ermənistana səfərə dəvət etdi

168029

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ermənistana səfərə dəvət edib.

Bizim.Media Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kasım-Jomart Tokayevlə Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Tokayev ikitərəfli münasibətlərin inkişaf etdiyini, möhkəmlənməsinə hər iki ölkənin hökumət və parlamentləri səviyyəsində fəal siyasi dialoq, qarşılıqlı fəaliyyətin kömək etdiyini qeyd edib.

Qazaxıstan rəhbərinin sözlərinə görə, mədəni və humanitar əməkdaşlıq dinamik inkişaf edir.

Tərəflər nəqliyyat, logistika və ticarət kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün perspektivli istiqamətləri müzakirə ediblər.
Ermənistan hökumətinin başçısı Qazaxıstan liderini ölkəsinə səfərə dəvət edib və dəvət Tokayev tərəfindən qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO