Arayiki gözləyən CƏZA – “Ömürlük həbs olunacağını bildiyi üçün istəyir ki...”

Arayiki gözləyən CƏZA – “Ömürlük həbs olunacağını bildiyi üçün istəyir ki...”

Hazırda oxunan: Arayiki gözləyən CƏZA – “Ömürlük həbs olunacağını bildiyi üçün istəyir ki...”

166835

Ötən gün istintaqı davam edən terrorçu Arayik Arutyunyanın verdiyi ifadələr yayılıdı. Məlumata görə, hazırda həbsdə olan separatçı rejimin sabiq başçısı ailəsinin Azərbaycana qayıtmasını və burada yaşamasını istəyir.

Bəs, Arayik Aruyunyanın ailəsinin Azərbaycana gəlməsi və burada daimi yaşaması hansı halda mümkündür?

Suala Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə aydınlıq gətirib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, belə bir iddia haqqında informasiya mətbuatda getsə də Arutyunyanın belə bir istəkdə olduğunu demək bir qədər çətindir:

“İndiki dövrdə Arutyunyanın da ailəsi Bakıya gəlmək istəməz. Nəzərə alaq ki, Arayik ağır cinayətlər törədib. O beynəlxalq humanitar hüququn normalarını pozaraq bir sıra cinayətlərin təşkilatçısı olub. Ən əsası da xeyli müddət separatçı rejimin rəhbəri olub.

Bütün bunları Arutyunyan da çox yaxşı bilir. Arayik anlayır ki, Azərbaycanda ona ən ağır cəza-ömürlük azadlıqdan məhrumetmə cazası veriləcək. Beləcə, o ömürlük Azərbaycanda qalacaq. Məhz bu səbəbə görə Arayik istəyər ki, ailəsi də Bakıda olsun. Çünki ömürlük cəza çəkən şəxslərin ailəsi ilə uzunmüddətli və qısamüddətli görüşmə hüququ var. Ona görə də bu gələcəyə hesablanmış bir addım ola bilər”.

Çingiz Qənizadə Arutyunyanın ailəsinin Azərbaycana gəlmək imkanlarından da danışıb:

“Arayikin ailəsi Azərbaycana gələ bilər. Bunun üçün ilk növbədə onlar Qarabağda yaşamış erməni əsilli şəxslər kimi Azərbaycan vətəndaşlığı almalıdırlar. Buna görə isə rəsmi müraciət olmalı, Azərbaycan pasportu almalıdırlar. Əgər Arutyunyanın ailəsi vətəndaşlıq alsa, onda onlar Azərbaycanın istədikləri bölgəsində yaşaya bilərlər. Amma onların bu qədər cinayətə şahidlik etməsindən sonra Azərbaycanda yaşamaları heç də ağılabatan deyil. Bunu hər şeydən qabaq zaman göstərəcək.

Amma dəqiq bilinən odur ki, Arutyunyan Azərbaycan qanunları qarşısında cavab verəcək və ən layiqli cəzanı alacaq”.

Qeyd edək ki, Arayik Arutyunyan 2020-2023-cü illərdə Qarabağdakı qondarma rejimə rəhbərlik edib. O, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən 2 həftə sonra, oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO