Elman Nəsirovdan Ermənistana XƏBƏRDARLIQ – “Siyasi cığallığa yol versələr...”

Elman Nəsirovdan Ermənistana XƏBƏRDARLIQ – “Siyasi cığallığa yol versələr...”

Hazırda oxunan: Elman Nəsirovdan Ermənistana XƏBƏRDARLIQ – “Siyasi cığallığa yol versələr...”

165747

Mətbuatın yazdığına görə, Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək. Məlumata görə, iclas noyabrın 29-30-da olacaq. Müvafiq razılaşmaları hər iki tərəf təsdiqləyib.

Xatırladaq ki, 2022-ci ilin mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası üzrə kommisiyanın yaradılması barədə sərəncam imzalayıblar. Keçən müddət ərzində kommisiya iki dəfə toplaşıb. Onların ən son iclası bu ilin iyulunda baş tutub.

İki ölkənin delimitasiya məsələlərini kənar vasitəçi olmadan özləri öz aralarında həll etməyə çalışması, şübhəsiz ki, müsbət addımdır.

Beləliklə, Azərbaycanın növbəti təklifi reallaşır. Delimitasiya komissiyalarının iclası heç bir vasitəçi olmadan, Azərbaycan-Ermənistan sərhədində baş tutacaq.

“Fikir ayrılıqları var”

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, delimitasiya komissiyasının iclasının sərhəddə baş tutması sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsi baxımından faydalı ola bilər:

“Paşinyan parlamentdə müzakirələr zamanı vurğulayıb ki, Azərbaycanla üç prinsip üzrə razılaşma var. Bunlar qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi və kommunikasiyaların bərpası məsələsidir. Bu məntiqlə 29-30 noyabr tarixlərində sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi gözlənilir.

Burada prinsip etibarı ilə qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasından söhbət gedirsə, Paşinyan Azərbaycanın Ermənistanın 29,8 min kv.km, Ermənistan isə Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünün tanınmasından bəhs edib. Belə olan halda, sərhədlərin dəqiqləşdirilməsi məsələsi qalır.
Bu məsələlərlə bağlı da müəyyən fikir ayrılıqları var. Bakının mövqeyi odur ki, keçən əsrin 20-30-cu illərinin xəritələri əsas götürülsün. Ermənistan isə sərhədlərin müəyyən edilməsi zamanı SSRİ Baş Qərargahının 1975-ci ilə aid xəritəsinin baza sənədi kimi götürülməsini istəyir. Yəqin ki, komissiyanın sərhəddə keçirilən görüşü fonunda bu məsələlər ətrafında mövqelər bir daha dəqiqləşdiriləcək. Hər halda prosesin başlanmasının özü müsbət hadisədir”.

Deputata görə, prosesdə irəliləyişin olması İrəvanın sərhədlərin müəyyən edilməsi məsələsində real davranışından asılı olacaq:

“Ermənistan tərəfi hər zaman sözdə prosesə hazır olduğunu bəyan etsə də, əmələ gələndə isə real heç bir addım atmır. Sərhəddə baş tutacaq görüş artıq söz deyil, bu artıq işdir. O, baxımdan prosesi müsbət dəyərləndirmək olar. Hər şey İrəvanın sərhədlərin müəyyən edilməsi prosesindəki real davranışından asılı olacaq. Siyasi cığallığa yol verəcəksə, danışıqların nəticə verməməsinə çalışacaqsa, bu tamamilə başqa vəziyyət olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO