Alınan yeni silahlar döyüşə hazırdırmı? - Erməni hərbi ekspertdən XƏBƏRDARLIQ 

Alınan yeni silahlar döyüşə hazırdırmı? - Erməni hərbi ekspertdən XƏBƏRDARLIQ 

Hazırda oxunan: Alınan yeni silahlar döyüşə hazırdırmı? - Erməni hərbi ekspertdən XƏBƏRDARLIQ 

164481

“2022-ci ildən sonra Ermənistan Müdafiə Nazirliyi silah alqı-satqısına dair bir çox müqavilələr imzalayıb və bu müqavilələrdən neçəsinin tamamlandığı, neçəsinin yerinə yetiriləcəyi, neçəsinin isə heç vaxt reallığa çevrilməyəcəyi bəlli deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində hərbi ekspert Karen Vrtanesyan bildirib.

“Təəssüf ki, silah tədarükü sahəsində imzalanmış müqavilələr həmişə reallığa çevrilə bilmir. Hakimiyyət orqanlarının silahların alınması ilə bağlı bəyanatları və təmtəraqlı nümayişləri çox az məna kəsb edir.

Ümumiyyətlə, silah tədarükü kifayət qədər mürəkkəb sahədir və koordinasiya edilməlidir. Hindistandan bir neçə artilleriya, Fransada bir neçə zirehli texnika alsanız, sual yaranır: bütün bunlar birlikdə necə  işləyəcək?
Ermənistan 3 ildir ki, heç bir böyük hərbi təlim keçirmir və bu silahların döyüş əməliyyatları zamanı işlək olub-olmayacağı sual doğurur. Son vaxtlara qədər bizim Hindistandan böyük miqdarda döyüş sursatı gətirmək təcrübəmiz yox idi. Məsələ bundadır ki, bunlar döyüş şəraitində yaxşı işləyəcəkmi? Bu hakimiyyət hətta hərbi sərgidə iştirak edə bilmədilər, eksponatları göstərmədilər. Düşünmürəm ki, onların məqsədi Ermənistanın təhlükəsizliyini təmin etməkdir”, - Vrtanesyan bildirib.​

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO