Ermənistanın baş naziri Nikol Paşinyan 20 aprel - 5 may tarixləri arasında istefa verəcək.
Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, bunu Paşinyanın aparat rəhbəri Arsen Torosyan bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın istefa xəbərinə Kremldən REAKSİYA
Onun sözlərinə görə, baş nazir parlamentin buraxılması və iyunun 20-nə təyin edilmiş erkən seçkiləri keçirilməsin üçün 20 aprel - 5 may tarixləri arasında formal olaraq vəzifəsindən istefa verməlidir.
“Bu müddət qanunla nəzərdə tutulub”, - deyə Torosyan qeyd edib.
Bizim.Media