Erməni analitikdən ETİRAF: “Bizim heç vaxt döyüşə hazır ordumuz OLMAYIB”

Erməni analitikdən ETİRAF: “Bizim heç vaxt döyüşə hazır ordumuz OLMAYIB”

Hazırda oxunan: Erməni analitikdən ETİRAF: “Bizim heç vaxt döyüşə hazır ordumuz OLMAYIB”

162269

“Ordumuz haqqında çox ağrılı şeylər deyəcəyəm, bəziləri razılaşmaya bilər, qınaya bilər, amma mən bütün bunları şəxsən yaşadım və baş verən hər şeyi şəxsən gördüm. Düşünürəm ki, bu barədə danışmağa haqqım var. Orduda xidmət etdiyim müddətdə bölməmiz kağız üzərində 100-ə yaxın hərbçidən ibarət idi. Reallıqda isə orada 70-dən çox adam görməmişəm”. 

Bizim.Media xəbər verir ki, bunu “1inTv” kanalında analitik David Stepanyan Ermənistan hökumətinin peşəkar ordu yaratmaq niyyəti ilə bağlı açıqlamalarını şərh edərkən bildirib. 

“Bu bölmənin 30%-i yalnız kağız üzərində xidmət göstərirdi. Yəni, bu insanlar evdə oturub, sonsuz ezamiyyətlər alıb, xəstəxanalarda olublar. Onlar orduda xidmət etməyiblər. Halbuki onlar əsgərlərin aldığı bütün maddi dəstəyi alıblar və bu, məncə, əslində kifayət qədər böyük pul idi.  
Bunun nə qədərinin bizə, yəni hərbçilərə çatdığı tamam başqa sualdır. Yəni uzun illər kağız üzərində ordumuz olub. Açıqlanan saylar reallığa uyğun gəlmir. Bizim heç vaxt formalaşan və döyüş tapşırıqlarını yerinə yetirə bilən ordumuz olmayıb. Mən hələ keyfiyyətdən danışmıram. Düşünürəm ki, həll yollarını tapmaq vaxtıdır və bizim müqaviləli əsgərlərdən ibarət peşəkar ordumuz olmalıdır. 

Jurnalistlər Seyran Ohanyandan yalnız kasıb ailələrdən olan uşaqların cəbhə xəttində və sərhəd hərbi hissələrində xidmət etməsinin nədən qaynaqlandığını soruşduqda o, cəsarətlə cavab verdi ki, “bilmirəm”.

Yəni bu faktı etiraf etməklə yanaşı, birbaşa cavab verməkdən yayınıb. Ancaq mən əminliklə deyə bilərəm ki, zənginlər cəbhədə xidmət etməmək üçün rüşvət veriblər. Bu pullar birbaşa Ermənistanın rüşvətxorluqla məşğul olan müxtəlif orqanlarına, həkimlərə, hərbi komissarlara, Müdafiə Nazirliyinin məmurlarına gedib”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO