Zaxarovadan Paşinyana: “Rusiya olmasaydı, 2020-ci il Ermənistan üçün daha dramatik bitəcəkdi”

Zaxarovadan Paşinyana: “Rusiya olmasaydı, 2020-ci il Ermənistan üçün daha dramatik bitəcəkdi”

Hazırda oxunan: Zaxarovadan Paşinyana: “Rusiya olmasaydı, 2020-ci il Ermənistan üçün daha dramatik bitəcəkdi”

161679

“Ermənistan iqtisadiyyatının sürətli artımı, 2022-ci ildə 12,6 faiz artım olub, əhalinin rifah halının yüksəlməsi Rusiya ilə sıx ticarət iqtisadi əlaqələr, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində mümkün olub. Ermənistan Aİ ölkələrinə ixracının həcmi 2022-ci ildə 1,6 milyard dollar artıb, hansı ki, bu 2021-ci illin göstəricisindən üç dəfə çoxdur”.  

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın “WSJ”yə müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.  

O bildirib ki, Rusiya Ermənistan iqtisadiyyatının əsas investorudur:

“Rusiya demək olar ki, ölkədə xarici sərmayənin yarısını təmsil edir. Ermənistanda 4,5 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir və bunlar respublikanın ən böyük vergiödəyicilərinin və işəgötürənlərinin sırasında daxildir”.  

Zaxarova Ermənistandakı Rusiya hərbi bazasının ölkə üçün effektivliyindən də danışıb:

“Ermənistandakı Rusiya hərbi bazası erməni həmkarları ilə döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlim tədbirləri həyata keçirir. O ki qaldı Qarabağdakı Rusiya sülhməramlılarına, əgər onlar olmasaydı, 2020-ci ilin payızında regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari üzrə bitərdi”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO