Kanada da Ermənistana müşahidəçi GÖNDƏRİR

Kanada da Ermənistana müşahidəçi GÖNDƏRİR

Hazırda oxunan: Kanada da Ermənistana müşahidəçi GÖNDƏRİR

161625

Çox yaxında Kanada Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulmaq üçün bu ölkəyə iki müşahidəçi göndərəcək.

Bizim.Media "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

Ovannisyan qeyd edib ki, Ermənistana səfəri zamanı Kanada XİN başçısı humanitar yardım məsələlərinə də toxunub. Onun sözlərinə görə, Kanada Ermənistana yardımını üç dəfə artırıb.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli oktyabrın 26-da İstisuya (Cermuk) səfər edib. O, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının üzvləri ilə görüşüb. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO