Paşinyanın “sülhpərvər” çıxışlarının arxasında nə dayanır? – Tofiq Zülfüqarovdan AÇIQLAMA

Paşinyanın “sülhpərvər” çıxışlarının arxasında nə dayanır? – Tofiq Zülfüqarovdan AÇIQLAMA

Hazırda oxunan: Paşinyanın “sülhpərvər” çıxışlarının arxasında nə dayanır? – Tofiq Zülfüqarovdan AÇIQLAMA

161624

“Ermənistan hazırda öz siyasətində bir neçə məsələnin həlli ilə məşğuldur. Bu ölkə üçün hazırda prioritet istiqamət Rusiya himayəsindən Qərbə yönəlməkdir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Ermənistan özünü “sülhpərvər” və regionda əməkdaşlığın tərəfdarı kimi göstərməyə çalışır:

“Ancaq biz başa düşməliyik ki, Ermənistan “sülh” siyasətinin pərdəarxasında anneksiya siyasətini reallaşdırmağa cəhd edir. 1 ay öncəyə kimi Paşinyan Azərbaycan ərazisində öz silahlı qüvvələrinin saxlanılmasını təmin edirdi. Bunun üçün büdcədən pul ayrılırdı. Paşinyan işğalın davamını istəyirdi. Bu baxımdan Paşinyanın “sülhpərvər” çıxışları əsas məqsədini ört-basdır etməkdən ibarətdir. Azərbaycan isə güc tətbiq edərək Ermənistanı sülhə yönəltdi”.

Xatırladaq ki, Paşinyan “Voll Strit Jurnal”a müsahibəsində diqqəti Türkiyə və Azərbaycanla uzunmüddətli qonşuluğa yönəltməyə çağırıb: “Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO