Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Erməni nazir Azərbaycanla nəqliyyat əlaqələrinə yaşıl işıq yandırdı – Reallıq, yoxsa İKİLİ SİYASƏT?
Məlumatına görə, səfirə oktyabrın 23-də Rusiyanın Birinci Kanalında Ermənistan Respublikasının yüksək rütbəli məmurlarına qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilən televiziya proqramının yayımlanması ilə əlaqədar etiraz notası verilib.
Bizim.Media