Xəbər verdiyimiz kimi oktyabr 17-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin sessiyasında çıxış edib. O çıxışı zamanı yenə də bir-birini təkzib edən fikirlər səsləndirib. Sülh sazişinin yaxın günlərdə imzalanacağına inandığını bildirən Paşinyan həm də Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamlarını davam etdirib.
Paşinyan nəyi planlaşdırır?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Paşinyanın dünənki çıxışında iki xətt aydın görünürdü:
“Bu xətdən biri daxili, digəri isə xarici auditoriya üçün nəzərdə tutulub. Xarici auditoriya üçün danışan erməni baş nazir sülhə hazır olduqlarını və hətta yanvara qədər sülh sazişinin imzalanacağına inandığını deyir. Daxili auditoriya üçünsə daha çox Azərbaycan “vəhşiliyi”ndən danışır. Qarabağla bağlı sərsəm fikirlər səsləndirir”.
Paşinyanın fikirlərinin heç bir məntiqi əsası yoxdur
“Çünki Azərbaycanla Ermənistan arasında hazırda heç bir danışıq aparılmır. Proses tamamilə dayanıb. Danışıqlar intensiv şəkildə keçirilsəydi, masada sülh sazişinin hansısa layihəsi olsaydı, onda Paşinyanın konkret vaxt demək hüququ bəlkə də olardı. Amma ortada nə danışıqlar prosesi var, nə də ki hansısa sənədin layihəsi.
Baxmayaraq ki, cənab Prezident Gürcüstanda olarkən təklif etdi ki, Ermənistan birbaşa danışıqlar aparmaq istəyirsə, Azərbaycan buna hazırdır. Hətta Gürcüstanın vasitəçiliyi də gündəmə gəldi. Bu təklifdən 10 gün keçib.
Amma Ermənistandan heç bir reaksiya görmürük. Əgər ermənilər doğrudan da sülh istəyirlərsə, onda bu təklifə cavab verməlidirlər.
Hələ ki, Paşinyan danışır, amma ortada bir proses görünmür. Xəbər var ki, bu ayın sonunda Brüsseldə yüksək səviyyəli görüş keçiriləcək. Əgər bu informasiya öz təsdiqini tapsa və görüş keçirilsə, onda sülh sazişinin imzalanması ilə bağlı hansısa tarixi demək olar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
09:30 / 19.10.2023
Elmar Məmmədyarovdan sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA – “Brüsseldə görüş baş tutsa...”
Hazırda oxunan: Elmar Məmmədyarovdan sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA – “Brüsseldə görüş baş tutsa...”
Hazırda oxunan: Elmar Məmmədyarovdan sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA – “Brüsseldə görüş baş tutsa...”
160447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.