“Azərbaycan öz planlarını uğurla həyata keçirdi” – Suren Surenyants 

“Azərbaycan öz planlarını uğurla həyata keçirdi” – Suren Surenyants 

Hazırda oxunan: “Azərbaycan öz planlarını uğurla həyata keçirdi” – Suren Surenyants 

158723

“Uzun illər Ermənistanın Qarabağın “müstəqilliyi”nə nail olmaq şansı və imkanları var idi. Lakin düşünülməmiş qərarlar və bir sıra kobud səhvlər ucbatından nəhayət ki, bu məsələ birdəfəlik qapanıb”.  

Bizim.Media xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində politoloq Suren Surenyants deyib.  

O bildirib ki, vaxtilə “Lavrov planı” Ermənistanda düşmənçiliklə qarşılanıb: 

“Sonrakı hadisələr göstərdi ki, bu, ən yaxşı həll yolu imiş. Amma əvvəlki hakimiyyət bu variantla razılaşmadı. Paşinyan hakimiyyətə gələndə isə bu variantdan tamamilə imtina etdi. “Lavrov planı” təkcə Rusiyanın təklifi deyil, ATƏT-in Minsk qrupunun bütün həmsədr ölkələrinin vahid mövqeyi idi. Baş nazirin danışıqlardan imtina etməsi Azərbaycanın müharibə qərarına legitimlik verdi”. 

Surenyantsın fikrincə,hazırda Qarabağda baş verənlər Qərbin planlarına tam uyğun gəlir: 

“Əks halda, Makron Azərbaycana qarşı sanksiyalar ideyasından əl çəkməzdi. Ümumiyyətlə, Bakı öz planlarını kifayət qədər uğurla həyata keçirir. Rusiyanın sülhməramlı missiyası artıq yoxdur. Çünki Ukrayna hadisələri fonunda Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açmaq üçün resursları yoxdur.  

Sülhməramlıların Qarabağı tərk etməsi isə regionda təhlükəsizlik sistemini dəyişəcək. Bu, Türkiyənin mövcudluğunun güclənməsinə yol açacaq. Mahiyyət etibarı ilə yeni Rusiya-Türkiyə, qismən də İran təhlükəsizlik arxitekturası formalaşacaq”.  

Ekspert Rusiyanın regiondan tamamilə çıxmasını istisna edir: 

“Bundan başqa Rusiya və Türkiyənin iştirakı olmadan Aİ-nin imzaladığı istənilən sənəd Qranada bəyannaməsi kimi məhvə məhkumdur. Azərbaycanın müzakirələrdə olmaması isə bu sənədi effektivliyini son dərəcə şübhə altına alır”. 

İlham Əliyev Aİ-dən istədiyi hər şeyi aldı 

Politoloq qeyd edib ki, İlham Əliyev Qarabağla bağlı bütün planlarını həyata keçirib: 
“Azərbaycan Qarabağ üzərində suverenlik hüququnu qazandı. İndi İlham Əliyev üçün prioritet Zəngəzur dəhlizidir. Bu məsələdə isə Azərbaycan liderinin həmsöhbətləri Aİ üzvləri yox, Moskvada və Ankaradır. Azərbaycan bundan sonra Aİ-nin himayəsi altında danışıqlara çox vaxt itirməyəcək. Bunu bilən Avropalılar da başqa çarə tapmadıqları üçün bir qətnamə ilə işlərini bitmiş hesab etdilər. Ən pisi də odur ki, Azərbaycansız imzalanan sənəddə Ermənistanın baş naziri lazımi mətni hazırlaya bilməyib”. 

Fransız silahları ermənilərə kömək edəcəkmi? 

Ermənistan rəhbərliyinin xarici təhlükəsizliyin arxitekturasına yenidən baxmaq cəhdlərinə gəlincə, Surenyants bildirib ki, o, Fransanı bu təhlükəsizliyin yeni mənbəyi hesab edən Ermənistan rəsmilərinin fikirləri ilə əsla razı deyil: 

"Dost dövlət hələ müttəfiq deyil. Fransa Türkiyə və Azərbaycanla qarşıdurmada Ermənistanın müttəfiqi olmayacaq. Və hələ ona da əmin deyiləm ki, Fransa bizi ciddi silahlarla təmin edəcək. Ümumiyyətlə, danışmağın nə mənası var?”  

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO