Rusiyalı jurnalist Vardanyanın həbsi barədə: “Layiqli cəzasını alsın!” - VİDEO

Rusiyalı jurnalist Vardanyanın həbsi barədə: “Layiqli cəzasını alsın!” - VİDEO

Hazırda oxunan: Rusiyalı jurnalist Vardanyanın həbsi barədə: “Layiqli cəzasını alsın!” - VİDEO

157441

“Hazırda Qarabağı tərk edən ermənilərin bir qismi oradakı qanunsuz hərbi birləşmələrin üzvləri və onların ailələridir. Digər bir qismi isə Qarabağın işğalından sonra oraya köçən şəxslərdir ki, onların da Qarabağda qalması qanuna ziddir”.

Bizim.Media xəbər verir ki, bunu CBC telekanalının canlı efirində “Vestnik Kavkaza” informasiya agentliyinin sədr müavini Andrey Petrov bildirib.

Onun sözlərinə görə, hazırda Qarabağda yaşayan dinc yerli erməni əhalinin dəqiq sayı məlum deyil. Ərazini tərk edənlərin böyük əksəriyyətininsə Qarabağda yaşamağa haqqı yoxdur.

“Bu gün gördüklərimiz Qarabağın etnik özünütəmizləməsidir. Belə ki, bunu ermənilərin özləri təşkil edib. Məqsəd Azərbaycanı etnik təmizləmədə ittiham etməkdir. Halbuki, onlar könüllü şəkildə ərazini tərk edirlər. Bu insanların çoxunun Qarabağda yaşaması qanunsuzdur. Çünki, onlar yerli əhali deyil, sonradan bölgəyə köçürülən sakinlərdir”, - deyə A.Petrov bəyan edib.

Ekspert Ruben Vardanyanın həbsi məsələsinə də toxunub.

“Qoy, o, layiqli cəzasını alsın. Rusiya buna etiraz etmir. Ən azından ona görə ki, o, Rusiya vətəndaşı deyil, Ermənistan vətəndaşıdır”, - Petrov vurğulayıb.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO