Patruşev ABŞ-a xəbərdarlıq etdi: “Rusiyaya

Patruşev ABŞ-a xəbərdarlıq etdi: “Rusiyaya "çətin günlər" yaratsalar…”

Hazırda oxunan: Patruşev ABŞ-a xəbərdarlıq etdi: “Rusiyaya "çətin günlər" yaratsalar…”

15713

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev jurnalistlərə açıqlamasında Vaşinqton Moskva üçün "çətin günlər" yaratsa, bunun məsuliyyətini Amerika tərəfinin üzərinə götürəcəyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “rbc.ru” saytı yayıb.

Mənbə bildirir ki, o, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivanın ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ABŞ-dakı səfirini Moskvaya çağırdı


“Onlar proqnoz verirlərsə, deməli planlaşdırırlar. Əgər planlaşdırırlarsa, edəcəklər. Ancaq sonra edə biləcəkləri hərəkətlərə görə cavab verəcəklər”. Patruşev belə deyib.

Təhlükəsizlik Şurasının rəhbəri Rusiyanın ABŞ-a qarşı düşmənçilik etmədiyini və gələcəkdə də etmək niyyətində olmadığını xüsusi vurğulayıb:

“Tərəflərin hər birinin maraqlarını nəzərə alacaq konstruktiv əməkdaşlığa sadiqik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO