Seyran Ohanyan Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbini açıqladı

Seyran Ohanyan Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbini açıqladı

Hazırda oxunan: Seyran Ohanyan Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbini açıqladı

15640

Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəblərindən biri də silahlı qüvvələrin rəhbərliyindəki daimi kadr dəyişikliyi idi. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı keçmiş müdafiə naziri Seyran Ohanyana istinadən yayıb.

Ohanyan çərşənbə axşamı jurnalistlərə açıqlama verib.

 

MÖVZU İLƏ BAĞLI:

Ohanyan xəstəxanaya yerləşdirildi  


O, qeyd edib ki, geosiyasi vəziyyət haqqında yetərincə məlumatı və təcrübəsi  olmayan insanlar verilən tapşırıqları effektiv şəkildə həll edə bilməyiblər:

“Bu çərçivədə, bir zamanlar Movses Akopyanın Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılması və Levon Mnatsakanyanın Müdafiə Ordusu komandiri vəzifəsindən azad edilməsi səhv addım idi və bu, sonradan Qarabağda döyüş əməliyyatlarında öz təsirini göstərdi”.

Keçmiş nazir silahlı qüvvələrdə olduğu kimi Qarabağın qondarma ordusunda da kadr siyasətinin aparılmasında müəyyən qaydaların qüvvədə saxlanıldığını söyləyib:

“Hər hansı bir qərar əsaslandırılmalı, lazım olduqda xidməti araşdırma aparılmalıydı. Ancaq son hadisələrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın və daha sonra Baş Qərargah rəisi Onik Qasparyanın istefası mövcud norma, qayda və ənənələrdən kənarda həyata keçirildi”.

Ohanyan Xaçatryan məsələsində hakimiyyətin qərarını mənəvi mülahizələrdən uzaq hesab edir.

Keçmiş müdafiə naziri vurğulayıb ki, generalın heç bir izahat almadan və səbəb göstərilmədən vəzifədən kənarlaşdırılması anormaldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO