Kəlbəcər rayonunun Qozlukörpü kəndində üçrəngli bayrağımız qaldırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, Qozlukörpü əvvəllər ləğv edilmiş Ağdərə rayonunun tərkibində olub.
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra yaşayış məskəni Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub.
Bizim.Media