Müharibə vaxtı kişilərimiz arvadlarının ətəyinin altına girib İrəvana qaçırdılar - Erməni bloger

Müharibə vaxtı kişilərimiz arvadlarının ətəyinin altına girib İrəvana qaçırdılar - Erməni bloger

Hazırda oxunan: Müharibə vaxtı kişilərimiz arvadlarının ətəyinin altına girib İrəvana qaçırdılar - Erməni bloger

155112

Erməni bloger Karen Şirinyan Azərbaycanın Qarabağ bölgəsindən hərbi yaşda olan oğlanların kütləvi şəkildə qaçmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.

“Qurumlara xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və "Milli Təhlükəsizlik Şurası", necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmirlər, postda dayananlar gedirlər. 

Elə fikirləşməyin ki, mən Qarabağda postlarda dayananları tənqid edirəm, belə bir şey yoxdur.

İndi keçid məntəqəsindən kim keçirsə, türklər şəkil çəkib dərc edirlər.

Deməyin ki, onlar (Qarabağdan gedən oğlanlar - red.) impotentdirlər, müalicəyə gedirlər, ya da babasil olub müayinə olunacaqlar.

Mən buna qarşı deyiləm, qoy getsinlər, amma necə olur ki, hamı gedə bilmir.

Əgər sualıma ciddi cavab gəlməsə, heç bir qurumu rahat buraxmayacağam. Yetər, mənim ağzımı açmayın.

Müharibə vaxtı (2-ci Qarabağ savaşını nəzərdə tutur - red.) belə qoyunlar (Azərbaycana qarşı vuruşan erməni kişilərini nəzərdə tutur - red.) arvadlarının ətəyinin altına girib qaçırdılar, İrəvanda əylənirdilər... Bəli, sözümü deyəcəyəm, bundan heç utanmıram.
Onlar bu 18 yaşlı əsgərləri tək qoyub qaçdılar və müharibədən sonra medal aldılar”, - deyə Şirinyan qeyd edib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO