Quldurlar təkcə heyəti buraxmaq üçün 80 min dollar tələb edir.
Bizim.Media "Mavasin News"a istinadən xəbər verir ki, dəniz quldurları iraqlı sahibkardan şəxsi heyəti təhvil vermək üçün 80 min ABŞ dolları tələb edib.
MÖVZU İLƏ BAĞLI:
Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi-azərbaycanlı öldürüldü, 15 nəfər qaçırıldı
Gəmi və heyətinin hazırda harada olduğu məlum deyil.
Dəniz quldurlarının səs yazısı İraqın Bəsrə vilayətinin deputatı Kazem Hamamiyə təqdim edilib. Deputat səs yazısını Bəhreyndə yerləşən Fövqəladə Hallarda Qarşılıqlı Yardım üzrə Mərkəzə və İraqın müvafiq dövlət strukturlarına təqdim edəcəyini bildirib.
Bizim.Media