Gürcüstan prezidenti: “Novruz ölkəmizdə mədəni muxtariyyətin bariz nümunəsidir”

Gürcüstan prezidenti: “Novruz ölkəmizdə mədəni muxtariyyətin bariz nümunəsidir”

Hazırda oxunan: Gürcüstan prezidenti: “Novruz ölkəmizdə mədəni muxtariyyətin bariz nümunəsidir”

15459

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

Prezident Novruz bayramının Gürcüstanda əsrlərdir qeyd edildiyini və Gürcüstanda mədəni müxtəlifliyin bariz nümunəsi olduğunu qeyd edib.

 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanın baş naziri azərbaycanlıları təbrik etdi


“Bu gün baharın gəlişi, Novruz bayramı qeyd edilir. Bu, təbiətin oyanışının, yeni başlanğıcın, daha yaxşı gələcək üçün ümidin rəmzidir. Novruz bayramının Gürcüstanda qeyd edilməsinin əsrlərə dayanan tarixi var. Bu Gürcüstan mədəniyyətinin və adət ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir. 

Pandemiya səbəbi ilə, təəssüf ki, bu il bizim bu qədim bayramı bir yerdə qeyd edə bilmək imkanımız yoxdur.

Mən inanıram ki, birgə səyimiz nəticəsində pandemiya məğlub ediləcək və gələcəkdə Novruz bayramı ənənəvi şəkildə gözəl qeyd edilərək Gürcüstanda baharı daha da gözəlləşdirəcək.

Gürcüstanın azərbaycanlı vətəndaşlarını, Novruz bayramını, bahar bayramını, yeni günün gəlişini Gürcüstanda və xaricdə qeyd edən hər kəsi təbrik edirəm, sülh, sağlamlıq və xoşbəxt gələcək arzu edirəm”, - deyə Gürcüstan Prezidentinin təbrikində qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO